
OSTEOPATİYA
Osteopatiya - əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı sistemi üzərində işləməyi və onların davamlı sağlam fəaliyyət göstərməsini təmin etmək üçün əl ilə tətbiq olunan prosedurdur.
140 il öncə Amerikada formalaşan bu müalicə üsulu, günümüzdə Amerikada və Avropa ölkələrində geniş şəkildə tətbiq olunmaqdadır.
Bu növ müalicə üsulunun müddəti və seans sayı individual olaraq dəyişir. Osteopatiya müalicəsindən sonra şikayətinizin təkrar olunma ehtimalı çox azdır, çünki prosedura zamanı birbaşa problemin qaynaqlandığı səbəbə fokuslanaraq, həmin səbəb aradan qaldırılır.
Osteopatiya onurğa xəstəliklərində, tarazlıq və duruş pozuqluqlarında, çiyin, bel, çanaq və digər oynaqlardakı funksiyaların bərpasında, mexaniki bel ağrısı və başqa problemlərin müalicəsində istifadə olunur.