Mədə sallanmasının fəsadları (QASTROPTOZ)
Daxili orqanların sallanması – mədə, böyrəklər, bağırsaq, qara ciyər və digər orqanlardan bir və ya bir neçə orqanın öz normal anatomik yerindən daha aşağıda yerləşməsidir.
Tibet tibbinə görə orqanların salllanmasını daha çox “hava” konstitusiyası olan arıq, çətin çəki alan insanlarda rast gəlinməkdədir.
MƏDƏ SALLANMASININ (QASTROPTOZUN) DƏRƏCƏLƏRİMüalicə taktikasını təyin etmək üçün xəstəliyin proqressivləşmə dərəcəsi müəyyənləşdirilir. Həkimlər qastroptozun 3 əsas dərəcəsini qeyd edirlər. Başlanğıc mərhələdə qastroptoz özünü göstərmir, lakin bu etapda müəyyən edilsə daha uğurlu müalicə olunur. İlkin olaraq kliniki əlamətlərə diqqət yetirilir və palpator olaraq mədə sallanmasını aşkar etmək mümkündür. Dəqiq diaqnoz üçün isə qastroloji rentgenoqrafiya aparılmalıdır.
Qastroptozun dərəcələri:
- 1 dərəcə– mədə öd kisəsi xəttindən 2-3 sm yuxarıda yerləşir. Klinik əlmətlər qeyd olunmur. 30% pasientlərdə mədə nahiyəsində ağırlıq qeyd olunur. Həmçinin pasient hoppanma və qaçış zamanı ağrı hiss edir. Sakitlikdə isə ağrı azalır.
- 2 dərəcə – mədənin aşağı sərhədləri qalça daraqları arasında yerləşir. Yuxarıda sadalanan simptomlara nevrotik xarakterli əlamətlər - ürəkdöyünmənin artması, yüngül başgicəllənmə, ürəkbulanma, iştahın azalması da əlavə olunur.
- 3 dərəcə – mədənin aşağı sərhəddi simfiz xəttindən aşağıda yerləşir. Kəskin klinik əlamətlər, müəyən qidalara qarşı həzmsizlik (əksər hallarda bu, süd məhsullarına qarşı) olur. Acı, turş, duzlu, marinəolunmuş qidalara üstünlük verilir. Qıcqırma artır, ürəkbulanma çoxalır və qusma ilə sonlanır.
Qastroptozun 3-cü dərəcəsinin yaranması uzunmüddət davam edən ağrılı qəbzliyə səbəb ola bilər. Mədənin əyilməsi, mədə bağırsaq traktının işinə olduqca mənfi təsir edir. Peristaltika pisləşir və nəcisin bağırsaq boyunca hərəkəti çətinləşir.
3-cü dərəcə sallanmada qarın boşluğu orqanlarının kiçik çanağa qədər yerdəyişməsi müşahidə olunur. İnsan kəskin hərəkətlər edərkən artan sancılar şəklində özünü göstərir.
Qastroptozun son mərhələlərində mədənin sekretor funksiyası pozulur, mədə turşusu az ifraz olunur. Həzm prosesinin pozulması nəticəsində qida tam həzm oluna bilmir.
Mədə sallanmasının başlanğıc mərhələləri təhlükəsiz olduğu halda , gecikmiş formasında ciddi ağırlaşmalar rast gəlinə bilir. Tonussuz əzələ karkası mədə sfinkterlərini zəiflədir, nəticədə öd şirəsinin qida borusuna doğru qayıtmasına səbəb olur, qıcqırma, ağızda acılıq hissi, ağzın selikli qişasında qanayan yaralar yarana bilir.
SƏBƏBLƏRİ
Аnatomik olaraq mədə sol qabırğaaltı nahiyədə yerləşən uzunsov əzələli orqandır. Praktiki olaraq diafraqmaya paralel və bir az aşağıya əyilmiş formada yerləşir. Mədəni əzələ və bağ aparatı saxlayır. Provokasiyaedici faktorların təsiri ilə fizioloji konstruksiya pozulduqda mədənin sallanması baş verir.
Qastroptozun səbəbi orqanın fizioloji vəziyyətinin, əzələ və bağ strukturunun dəyişməsi ilə əlaqəlidir. Bəzi pasientlərdə bu vəziyyət anadangəlmədir və konstitusional tiplə əlaqəli olur. Astenik tipli arıq pasientlərdə daha tez-tez rast gəlinir.
Aşağıdakı faktorlar xəstəliyi provokasiya edə bilər:
- Sürətli arıqlama;
- Sport və ya fiziki yüklənmə zamanı qarnın əzələ strukturlarına təzyiqin artması;
- Qida ilə qəbul olunan zülal və vitamin çatışmazlığı;
- Qarın boşluğunda keçirilən cərrahi əməliyyatlar;
- Çoxdöllü hamiləlik;
- Periodik olaraq çox yemək vərdişi.
İntensiv boyu uzanan yeniyetmələr də risk qrupuna daxildirlər. Hamilə qadınlarda doğuşdan sonra qastroptoz tez-tez rastlanır. 15-45 yaşlı xanımlarda tez-tez rastgəlmə səbəblərinə dietalar, arıq olmaq trendi, hamiləlik və doğuşları misal gətirə bilərik. Düzgün olmayan yüklənmələr, balanslaşdırılmış fiziki yükün az olması və ağırlıq qaldırmaq da vəziyyəti ağırlaşdıran hallardandır.
SALLANMANIN AĞIRLAŞMALARIQastroptoz zamanı orqan sallanaraq diafraqmanı da gərginləşdirir. Bu tənəffüsün çətinləşməsinə, qida borusunun dartılmasına, udmanın çətinləşməsinə, diafraqmal sfinkterin sallanmasına səbəb olur. Qarnın aşağı hissəsinin dolması siqmayabənzər və enən çənbər bağırsağın diskomfortu ilə müşaiyət olunur.
Mədə sallanması aşağıdakılardan sonra yarana bilər:
- Xroniki qəbzlik;
- Xoralı kolit;
- Kron xəstəliyi;
- divertikulit;
- kolit.
Qastroptoz uşaqlıqda durğunluğa, qan axının pisləşməsinə səbəb olaraq anomal faktorların artmasına səbəb olur. Bütün bunlar sidik kisəsinin sallanmasına səbəb olur. Mədə sallanması qadın reproduktiv sistemində və endometriumda fibroz törəmələrin yaranmasına səbəb olur. Kişilərdə isə prostat vəzinin problemləri və törəmələrinə səbəb ola bilir.
Qastroptoz fonunda qida borusunun daimi gərginliyi nəticəsində bədən quruluşu dəyişir. Mədə sallanması boyun və çiyinləri cazibə qüvvəsi hesabına önə çəkərək boyuna yüklənmə verir. Gecikmiş formalarda boyun hürgücü və döş qəfəsinin kifozu formalaşır.
Qastroptoz həzm prosesini zəiflətdiyi üçün bəzi insanlarda çəki artımı, digərlərində isə iştahsızlıq yaradır.Pasientlər qidanı az qəbul etmələrinə baxmayaraq çəki itirə bilmədiklərini qeyd edirlər.
Mərkəzimizdə aparılan kompleks müalicə üsulları ilə mədənin sallanmasının qarşısı alınır və eləcə də mədənin normal fəaliyyəti üçün tmamalayıcı terapiya təyin olunur.
QASTROPTOZ ƏLAMƏTLƏRİ
Mədə sallanmasını göstərən bir sıra əlamətlər var. İlk öncə bu qıcıqırma, gəyirmə, yanma mədədə ağırlıq hissidir. Mədə peristaltikasının pozulması mədədə səs və gurultu, az qida qəbulundan sonra mədədə doluluq hissi yaradır.
Qidanın həzminin zəifləməsi ilə ağızdan xoşagəlməyən qoxu, stulun pozulması və ya uzunmüddətli qəbzlik və ya ishal rast gəlinə bilir. Qastroptoz nəticəsində qidaya ikrah hissi və ya arıqlıq fonunda “canavar” iştahı yaranır. Sidiyəgetmə sürətlənir.Simptomların kəskinləşməsində qarında güclü ağrılar yaranır və temperatur qalxır.
Kliniki əlamətlərinə görə qastroptoz digər mədə bağırsaq sistemi xəstəliklərinə- qastrit, xoralı kolit, appendisit, sistitə oxşar olur və çox zaman diaqnoz düzgün təyin olunmaya bilir.
Qastroptoz tək bötüklərdə deyil uşaqlarda da rast gəlinir. uşaqların əzələ sistemi xüsusilə 6-7 yaş və yeniyetmə yaş dövründə artmış fiziki yüklənmələrə həssas olur, çünki uşaqlarda skelet əzələ sisteminə nisbətən daha sürətli inkişaf edir. Məktəblilərin məcburi hipodinamiya və oturaq həyat tərzi əzələ inişafını daha da ləngidir. Aşağı siniflərdə ağır məktəbli çantalarə, yeniyetmə yaşlarda isə trenajorlarda intensiv məşqlər qarın boşluğunda bağ aparatının dartılmasına və daxili orqanların, həmçinin mədənin sallanmasına səbəb olur.
Uşaqlarda qastroptoz əlamətləri – iştahın pisləşməsi, tez-tez sidiyəgetmə, qarında köp şikayətləri, gəyirmə, qəbzlik, qarnın aşağı hissəsində ağrılar, qida qəbulundan sonra qarında ağırlıq hissi kimi özünü göstərir.
QAXİLİ ORQAN SALLANMASININ MÜALİCƏSİ
Qastroptozun müalicəsi və şikayətlərin aradan qaldırılması üçün mərkəzimizdə:
- osteopatiya(https://mail.osteopatiya.az/blog/17-osteopatiya-nedir.html)
- nöqtəvi massaj
- akupunktura
- müalicəvi idman
- seqmentar metamerik terapiya
Mədə bağırsaq sistemi xəstəlikləri üçün nəfəs texnikaları effektiv təsir edir. Bu nəfəs hərəkətini sadə gəzinti zamanı qarın əzələlərini işlədərək nəfəsvermə texnikasını göstərmək olar. Eyni zamanda yatmazdan əvvəl dərin nəfəsvermə texnikası da pasientin evdə özü edə biləcəyi texnikalardandır. Bu nəfəs hərəkətləri diafraqmanı hərəkətə gətirərək orqanları öz yerinə yerləşməsinə yardım edən texnikalardır.
DAXİLİ ORQAN SALLANMALARININ PROFİLAKTİKASI: Təəsüflər olsun ki, bir çoxları onlarda qastroptoz ola biləcəyindən şübhələnmirlər də. Qastroptoz haqqında çox az danışılır və çox az yazılır. Visseral osteopatiya ilə həm mədənin, həm də digər orqanların yerləşmə yerini müəyyən etmək mümkündür. Visseral osteopatiya texnikaları sayəsində mədə sallanması ağrısız və effektiv şəkildə aradan qalxa bilir. Yanaşı olaraq bel və boyun ağrılarından azad olmaq mümkündür.
Mədə və yoğun bağırsağın kiçik çanağa sallanması orqanizmin bütün sistemlərini sıradan çıxardaraq insanın həyat keyfiyyətini azaldır.
Mədə sallanmasının ağırlaşması – mədə bağırsaq sisteminin müxtəlif xəstəlikləri, mədə möhtəviyyatının qida borusuna qayıtması, qadınlarda menstrual tsiklin pozulması, sonsuzluq və s sonlana bilər. Uşaq və yeniyetmə yaşlarda isə enurez, tez-tez sidiyəgetmə, yoğun bağırsaqdan stulun tam xaric ola bilməməsi ilə ağırlaşır.
Əgər sizdə də uzunmüddətli müalicəyə tabe olmayan kifoz varsa səbəbi qastroptoz ola bilər.